...

Şəhriyar Məmmədyarovun rəqibi məlum oldu

İdman Materials 22 Sentyabr 2015 18:02 (UTC +04:00)
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin daha bir iştirakçısı məlum olub.
Şəhriyar Məmmədyarovun rəqibi məlum oldu

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin daha bir iştirakçısı məlum olub. Bu, Rusiya təmsilçisi Sergey Karyakindir.

Dünya Kubokunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ukrayna əsilli şahmatçı növbəti mərhələdə həmyerlimiz Şəhriyar Məmmədyarova rəqib olub.

1/8 finalda Dmitri Andreykinə qalib gələn S.Karyakin təəssüratlarını bölüşüb: "Andreykinlə oynamaq çətindir. Bizim öz aramızda oyunların nəticəsi onun xeyrinədir. Bu gün qalib gəlməklə fərq bir qədər azaldı. Klassik şahmatda uğur qazanmaq mümkün olmadı. Tay-brek çətin idi, lakin nəticəni öz xeyrimə başa vurmağı bacardım".

S.Karyakin 1/4 finalda Ş.Məmmədyarova rəqib olmasını belə xarakterizə edib: "Şəhriyar mənim dostumdur. Yaxşı şahmatçıdır. Ancaq sabah oyunda dostluq unudulacaq. Hər bir şahmatçı Dünya Kubokunun finalında oynamaq istəyir. Mən ona, Şəhriyar da mənə qalib gəlməyə çalışacaq. İkimizdən biri yarışı tərk etməlidir. İndiyə qədər keçirilən görüşlərə nəzər salsaq, ümumi nəticə Məmmədyarovun xeyrinə olar. Mənim üçün asan olmayacaq. Çünki zaldakı bütün azarkeşlər Şəhriyarın qələbə qazanmasını istəyəcək. Dünya Kubokunda kifayət qədər inamlı təsir bağışlayır. Ona görə də duelimiz maraqlı olacaq. Məmmədyarovla oynamaq hər bir rəqib üçün asan deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti