...

Rəsul Çunayev birinci, Rövşən Bayramov ikinci sırada - REYTİNQ

İdman Materials 9 Oktyabr 2015 16:38 (UTC +04:00)
Dünya Güləş Birliyi 2015-ci ilin sentyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.
Rəsul Çunayev birinci, Rövşən Bayramov ikinci sırada - REYTİNQ

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Dünya Güləş Birliyi 2015-ci ilin sentyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısına 10 güləşçimizin adı daxil edilib. Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev Las Veqasda keçirilən dünya çempionatında da qızıl medal qazanmaqla reytinqdəki mövqeyini daha da möhkəmləndirib. O, siyahıda ilk sırada qərarlaşıb.

Dünya çempionatında yalnız finalda məğlub olan Rövşən Bayramov isə öz çəkisinin reytinq siyahısında ikinci pilləyə yüksəlib.

Dünya çempionatının bürünc medalçısı Saman Təhmasibi reytinqdə 4-cü olub. Çempionatı 5-ci sırada tamamlayan Elvin Mürsəliyev və Sabah Şəriəti isə müvafiq olaraq 5-ci pillədə qərarlaşıblar.

İlk onluqda yer alan güləşçilərimizdən biri də Rafiq Hüseynovdur. Rafiq siyahıda 8-ci sıradadır.

59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (nr)
12. Elman Muxtarov - Avropa Oyunları 3-cü yer (5)

66 kq
12. Həsən Əliyev - Avropa Oyunları 3-cü yer (8)

71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq
5. Elvin Mürsəliyev - Dünya çempionatı 5-ci yer (4)

80 kq
8. Rafiq Hüseynov - Avropa Oyunları 2-ci yer (2)

85 kq
4. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (nr)
13. İslam Abbasov - Paris Qran Pri turniri 3-cü yer (7)

98 kq
18. Orxan Nuriyev - Paris Qran Pri turniri 3-cü yer (7)

130 kq
5. Sabah Şəriəti - Dünya çempionatı 5-ci yer (10)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti