...

Güləşçilərimiz Qroznıdan 2 gümüş medalla qayıdır

İdman Materials 12 Oktyabr 2015 14:48 (UTC +04:00)
Qroznıda Çeçenistan Prezidenti Ramzan Kadırovun Kuboku və əməkdar idman ustası Adlan Varayevin mükafatı uğrunda sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçirilib.
Güləşçilərimiz Qroznıdan 2 gümüş medalla qayıdır

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Qroznıda Çeçenistan Prezidenti Ramzan Kadırovun Kuboku və əməkdar idman ustası Adlan Varayevin mükafatı uğrunda sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, məşqçilər Arif Abdullayev və Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə iştirak edən güləşçilərimizdən ikisi gümüş medallara yiyələnərək fəxri kürsüdə yer alıb.

61 kq çəkidə mübarizə aparan Əhmədnəbi Qvarzatilov və 65 kq çəkidə təmsilçimiz Məhəmməd Müslümov finala qədər inamla güləşsə də, həlledici görüşdə müvafiq olaraq Rusiya və Polşa təmsilçilərinə uduzublar. Ə.Qvarzatilov Əhməd Çakayevə, M.Müslümov isə Məhəmmədmurad Hacıyevə məğlub olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti