...

"Yeniyetmə qartallar"dan ikinci qələbə (FOTO)

İdman Materials 15 Oktyabr 2015 17:59 (UTC +04:00)
AFFA-nın U-19 liqasında 2-ci turun oyunları keçirilib.
"Yeniyetmə qartallar"dan ikinci qələbə (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

AFFA-nın U-19 liqasında 2-ci turun oyunları keçirilib. "Zirə"nin 19 yaşlılardan ibarət komandası doğma meydanda AZAL-la qarşılaşıb.

Oyuna "Zirə" komandası üstün başlasa da, ilk yarıda rəqib daha yaxşı nəticə qazanıb. "Zirə" futbolçuları iki epizodda dirəyi nişan aldığı halda, qonaqlar iki qola imza atıb. Ancaq fasilədən sonra Füzuli Məmmədovun yetirmələri möhtəşəm geridönüşə imza atıb. Rəqib qapısına 4 dəfə yol tapan "Zirə" əzmkar qələbə qazanıb - 4-2.

Komandadan Elçin Əliyev dubl etdiyi halda, Ümüd Şükürov və Fərid Əsədli hərəyə bir dəfə fərqlənib.

Xatırladaq ki, "yeniyetmə qartallar" ilk turda "Kəpəz"i səfərdə 4 cavabsız qolla məğlub etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti