...

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat aldı

İdman Materials 2 Dekabr 2015 15:04 (UTC +04:00)

Bakı. Trend:

FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Trend-in məlumatına görə, Ə.Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində "Rapid" (Vyana, Avstriya) - "Dinamo" (Minsk, Belarus) oyununu idarə edəcək.

Baş hakimin köməkçiləri Zeynal Zeynalov, Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov, Orxan Məmmədov, dördüncü hakim isə Mübariz Haşımov olacaq.

Oyunun dekabrın 10-da Vyananın "Ernst Happel" stadionunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti