Bakı. Trend:
11-14 yanvar tarixlərində Şağan Olimpiya Kompleksində cüdo üzrə yeniyetmələr arasında açıq Bakı çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubundan Trend-ə verilən məlumata görə, çempionata 38 komanda, 1024 iştirakçı qatılıb. Yarışmada İdman Sağlamlıq Klubunu təmsil edən aşağıdakı iştirakçılar qələbə qazanıb:
28 kq çəkidə Nigar Şahməmmədova - 3-cü yer
34 çəkidə Nivcat Ağayev - 3-cü yer
55 kq çəkidə Kənan Bağırov - 3-cü yer
63 kq çəkidə Nəzrin Quliyeva 3-cü yer
Qeyd edək ki, çempionatın baş hakimi Nizami Ubayev olub. FHN-ni təmsil edən iştirakçılar yarışa məşqçi Taleh Sadıqovun rəhbərliyi ilə qatılıblar.