...

AFFA Canni İnfantinonun FIFA prezidentliyinə namizədliyini dəstəkləyir

İdman Materials 4 Fevral 2016 16:28 (UTC +04:00)
AFFA Canni İnfantinonun namizədliyini dəstəkləyir.
AFFA Canni İnfantinonun FIFA prezidentliyinə namizədliyini dəstəkləyir

Bakı. Trend:

AFFA Canni İnfantinonun namizədliyini dəstəkləyir.

Trend qurumun saytına istinadən məlumat verir ki, FIFA-nın Seçki Komissiyası prezident vəzifəsinə irəli sürülən 5 namizədi təsdiq edib. Namizədlərdən biri UEFA-nın hazırkı baş katibi C.İnfantinodur.

UEFA-da işlədiyi 15 il ərzində (6 il UEFA-nın baş katibi qismində) C.İnfantino böyük təcrübə toplayıb və hazırda Avropa futbol ailəsinin ən nüfuzlu mütəxəssislərindən sayılır.

2016-cı il yanvarın 19-da C.İnfantino seçkiqabağı proqramını ictimaiyyətə təqdim edib. Proqram 3 hissədən ibarətdir:

1. İslahat və effektiv idarəetmə
2. Demokratiya və yardım
3. Futbolun inkişafı

Qeyd olunan proqramla C.İnfantino dünya futbolunun yaxın illərdə inkişafı haqqında baxışlarını və ideyalarını bölüşüb. UEFA-nın üzvü olan milli assosiasiyaların əksəriyyəti, həmçinin başqa konfederasiyaları təmsil edən bəzi federasiyalar İnfantinoya öz dəstəklərini bildiriblər.

AFFA C.İnfantinonun FIFA prezidentliyinə namizədliyini dəstəklədiyini bəyan edir.

Xəbər lenti

Xəbər lenti