...

Gələn ay AFFA prezidenti seçiləcək

İdman Materials 8 Fevral 2016 18:41 (UTC +04:00)
AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək
Gələn ay AFFA prezidenti seçiləcək

Bakı. Trend:

Martın 11-də AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək.

Trend qurumun saytına istinadən məlumat verir ki, saat 10:00-da başlayacaq konfransın gündəliyinə AFFA-nın Nizamnaməsinə uyğun olaraq İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması; maliyyə hesabatının təsdiq olunması; müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatının nəzərə alınması kimi məsələlər daxil edilib.

Həmçinin konfransda növbəti ilin büdcəsi təsdiq olunacaq, AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti