...

Yaponiyalı gimnast: Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun təşkili gözləntilərimi üstələdi

İdman Materials 21 Fevral 2016 13:38 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun təşkili gözləntilərimi üstələdi.
Yaponiyalı gimnast: Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun təşkili gözləntilərimi üstələdi

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun təşkili gözləntilərimi üstələdi. Bunu Trend-ə sərbəst hərəkətlərdə qızıl medal qazanmış yaponiyalı gimnast Kenzo Şirai deyib.

O bildirib: "Təsnifatda nəticəm indikindən aşağı idi. Təsnifatda çətin element nümayiş etdirdim. Finalda onu icra etmədim. Bu səbəbdən daha sakit idim və yüksək nəticə qazandım".

Azərbaycana ilk dəfə gəldiyini deyən gimnast bildirib ki, burada çox yaxşı insanlar var, hər şey ən yüksək səviyyədə təşkil edilib.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti