...

Azərbaycanlı gimnast: Ümid edirəm ki, sabah daha yaxşı çıxış edəcəyəm

İdman Materials 5 Mart 2016 16:11 (UTC +04:00)
Ümid edirəm ki, sabah daha yaxşı çıxış edəcəyəm
Azərbaycanlı gimnast: Ümid edirəm ki, sabah daha yaxşı çıxış edəcəyəm

Bakı. Ənvər Məmmədov -Trend:

Ümid edirəm ki, sabah daha yaxşı çıxış edəcəyəm. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda batut gimnastikası üzrə Dünya Kuboku yarışlarının finalına çıxmış Svetlana Makştarova deyib.

O, çıxışından o qədər də razı qalmadığını deyib: "Proqaramı dəyişərək daha asan etdim. Lakin sabaha daha çətin proqram nümayiş etdirəcəyəm".

Gimnastın sözlərinə görə, iki ildir Azərbaycan yığmasında iştirak edir və getdikcə Azərbaycan dilini öyrənir: "İki ildir Azərbaycan yığmasındayam. Bura çox xoşuma gəlir. Yavaş-yavaş Azərbaycan dilini öyrənirəm".

O əlavə edib ki, bu il əsas vəzifələrdən biri İspaniyada Avropa çempionatında uğurla çıxış etməkdir: "Fikrimcə, nəticə çıxarıb ora çətinləşdirilmiş proqramla gedəcəyik. Elə hazırlaşacağıq ki, medal gətirək".

Təsnifatın nəticələri üzrə Svetlana Makştarova 99.255 balla altıncı yeri tutub.

Qeyd edək ki, martın 5-6-da Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq ölkə çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.

İlk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

İkinci yarış günündə isə finallar baş tutacaq.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti