...

"Xəzər Lənkəran" "İnter"lə oyuna itkilərlə çıxacaq

İdman Materials 19 Mart 2016 13:27 (UTC +04:00)
Martın 20-də Premyer Liqanın XXVI turu çərçivəsində "Xəzər Lənkəran" paytaxtın "İnter" klubunu qəbul edəcək.
"Xəzər Lənkəran" "İnter"lə oyuna itkilərlə çıxacaq

Bakı. Trend:

Martın 20-də Premyer Liqanın XXVI turu çərçivəsində "Xəzər Lənkəran" paytaxtın "İnter" klubunu qəbul edəcək.

Trend cənub təmsilçisinin saytına istinadən məlumat verir ki, Lənkərandakı bazasında matçın hazırlığını davam etdirən "Xəzər Lənkəran" rəqibi qarşısına iki ciddi itki ilə çıxacaq. Belə ki, 4 sarı vərəqə səbəbindən cəzalı duruma düşən Orxan Sadıqlı və müqavilə ilə "İnter" klubuna məxsus olan Tural Qürbətov qarşılıqlı anlaşma səbəbindən komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, oyun saat 13:30-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti