...

Yunan-Roma güləşçilərimiz Batumidə mübarizəyə başlayır

İdman Materials 14 İyun 2016 12:54 (UTC +04:00)
Batumi şəhərində dünya çempionu Davit Bedinadzenin şərəfinə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək.
Yunan-Roma güləşçilərimiz Batumidə mübarizəyə başlayır

Bakı. Trend:

İyunun 14-15-də Gürcüstanın Batumi şəhərində dünya çempionu Davit Bedinadzenin şərəfinə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə yunan-Roma güləşi üzrə yığma komandanın 10 üzvü mübarizə aparacaq.

Böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında qonşu respublikaya Azər Muxtarlı, Zaur Əliyev (hər ikisi 42 kq), Rəvan Rəcəbov, Mirsirac Həsənov (hər ikisi 46 kq), Nurlan Dadaşov, Əli Sadıqzadə (hər ikisi 54 kq), Cavidan Cavadov (58 kq), Cavid Yusifov (76 kq), Tehran Əminzadə (85 kq) və Uğur Hacılı (100 kq) yollanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti