Bakı. Maksim Tsurkov - Trend:
"Force India" komandasının pilotu Serxio Peres "Formula 1" Avropa Qran Prisinin startında sürət qutusunun dəyişdirilməsinə görə 5 mövqe itirəcək.
Trend-in məlumatına görə, S.Peres III yürüşün sonunda Bakı trasının 15-ci döngəsində qəzaya uğrayaraq bolidinə güclü ziyan vurub.
Sürət qutusunun dəyişdirilməsi cərimə tələb edir, belə ki, əvvəlki element müəyyən edilmiş sayda yürüşə tab gətirməyib.
Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.