Rio-2016 mükafatçımız: Olimpiadada medal qazanmaq unudulmaz andır

Bakı. Trend:
“Nəticədən çox razıyam. Biz var gücümüzlə bu yarışlara hazırlaşmışdıq”. Trend-in məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbərinə açıqlamasında ölkəmizə Rio-2016-da kayak yarışlarında bürünc medal qazandıran İnna Osipenko-Radomskay deyib.
İdmançı təəssüratlarının böyük olduğunu bildirib: “Təəssüratlarım böyükdür, çünki bu Olimpiya Oyunlarıdır və çox məsuliyyətli yarışdır. Qarşıda hələ məni 500 metrlik məsafədə yarış gözləyir, ona görə 200 metrlikdə əldə etdiyim nəticə mənim üçün yaxşıdır”.
Azərbaycan Rio-2016-da növbəti medalını qazandı