...

Makedoniyada 3-cü medal

İdman Materials 23 Sentyabr 2016 03:17 (UTC +04:00)
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir
Makedoniyada 3-cü medal

Bakı. Trend:

Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ikinci günündə 74, 86, 97 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.

Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

74 kq çəkidə mübarizə aparan Əşrəf Əliyev Əlcəzair və Polşadan olan rəqiblərini məğlub edib yarımfinala yüksəlib. Finalın biraddımlığında İran idmançısı ilə qarşılaşan Ə.Əliyev gərgin keçən görüşdə hakimlərin kobud səhvləri nəticəsində uduzub. Bununla da güləşçimiz bürünc medal uğrunda görüşə çıxmalı olub. Son görüşdə Hindistan idmançısını 2:0 hesabı ilə üstələyən güləşçimiz çempionatın bürünc medalını qazanıb.

Xatırladaq ki, yarışların ilk günündə Ağahüseyin Mustafayev (65 kq) qızıl, Coşqun Əzimov (70 kq) gümüş medal qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti