...

"Fiorentina" - "Qarabağ" matçının hakimləri bilindi

İdman Materials 26 Sentyabr 2016 13:39 (UTC +04:00)
"Fiorentina" - "Qarabağ" matçının hakimləri məlum olub.
"Fiorentina" - "Qarabağ" matçının hakimləri bilindi

Bakı. Trend:

"Fiorentina" - "Qarabağ" matçının hakimləri məlum olub.

Trend-in məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ" sentyabrın 29-u səfərdə İtaliyanın "Fiorentina" klubunun qonağı olacaq.

Saat 21:00-da başlayacaq matçın artıq hakim təyinatları məlumdur. Qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Oliver Draxta, yan xətt hakimləri Roland Bradner və Ştefan Kührdür. Əlavə köməkçi hakimlər Manuel Şüttenqruber və Diter Mukenhammerdir. Roland Ridel isə bu matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Hakimlərin işinə kiprli Mixael Arqriu qiymət verəcək, UEFA nümayəndəsi isə ispaniyalı Eduard Dervişay olacaq.

J qrupu, 29 sentyabr
21:00. "Fiorentina" - "Qarabağ"
Baş hakim: Oliver Draxta
Yan xətt hakimləri: Roland Brander, Ştefan Kür
Köməkçi hakimlər: Manuel Şüttenqruber, Diter Mukenhammer
Dördüncü hakim: Roland Ridel (hamısı Avstriya)
UEFA nümayəndəsi: Mixael Arqriu (Kipr)
Hakim-inspektor: Eduard Dervişay (İspaniya)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti