"İlin qalibləri-2016" layihəsində futbol nominasiyaları üzrə namizədlər açiqlandı (SİYAHI)

"İlin qalibləri-2016" layihəsində futbol nominasiyaları üzrə namizədlər açiqlandı (SİYAHI)

Bakı. Trend:

"İlin qalibləri-2016" layihəsində növbəti mərhələnin icrasına başlanılıb.

Trend-in məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı ilə həyata keçirilən layihənin bu mərhələsində 8 nominasiyadan əsasən futbol sahəsi üzrə namizədlər açıqlanıb.

Bura "İlin futbolçusu", "İlin baş məşqçisi", "İlin komandası", "İlin mətbuat katibi" nominasiyaları daxildir. Eyni zamanda "İlin idman xadimi" nominasiyası üzrə namizədlərin seçiminə başlanılıb. Siyahı Azərbaycan klublarının iştirak etdiyi Avropa Liqasının qrup mərhələsindəki mübarizə yekunlaşdıqdan sonra rəsmiləşib.

"İlin yerli idmançısı", "İlin əcnəbi idmançısı", eləcə də digər növlər üzrə "İlin baş məşqçisi", "İlin komandası", "İlin mətbuat katibi" və "İlin idman jurnalisti" nominasiyalarında qaliblər isə dekabrın 13-də - taekvondo üzrə komandalararası dünya çempionatına yekun vurulduqdan sonra açıqlanacaq.

Sorğu Azərbaycanın müxtəlif KİV-lərində çalışan idman jurnalistləri arasında, hər bir KİV-dən bir jurnalist olmaqla, keçiriləcək. Bu zaman jurnalistlər təklif olunan namizədlərdən savayı şəxs və ya komandanı qalib kimi göstərə bilərlər. Yekunda ən çox səs toplayan namizəd qalib elan olunacaq və dekabrın sonlarında təntənəli mərasimdə mükafatlandırılacaq.

Namizədlər aşağıdakılardır:

İlin idman xadimi

Azad Rəhimov (gənclər və idman naziri) - Təşkilat Komitəsinin sədri olduğu Formula 1 üzrə Avropa Qran Prisi ilk dəfə Bakıda lazımi səviyyədə keçirildiyi və Azərbaycan komandası 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında tarixdə ilk dəfə 18 medal qazandığı üçün;

Elçin Zeynalov (Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti) - Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk dəfə avarçəkmənin olimpiada proqramındakı bütün növlərində (akademik avarçəkmə, kayak, kanoe, kanoe-slalom) təmsil olunduğu və 2 olimpiya medalı qazandığı üçün;

Fazil Məmmədov (Azərbaycan Güləş Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti) - 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın qazandığı 18 medalın yarısını güləşçilər əldə etdiyi və "Tour dAzerbaidjan" veloyürüşünün ardıcıl 4-cü ildir keçirilməsini təmin etdiyi, "Synergy Baku" ardıcıl ikinci il yürüşün qalibi olduğu üçün;

Kəmaləddin Heydərov (Azərbaycan Boks Federasiyası və Azərbaycan Taekvondo Federasiyasının prezidenti) - 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yeganə qızıl medalı Azərbaycan taekvondoçusu qazandığı, olimpiadalar tarixində ilk dəfə taekvondo üzrə 3 medal, boks üzrə isə gümüş medal əldə olunduğu üçün;

Rövnəq Abdullayev (Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Cüdo Federasiyasının prezidenti) - Futbol üzrə Azərbaycan milli komandası tarixdə ilk dəfə 2018-ci il dünya çempionatının seçmə mərhələsində qrupdakı ilk 4 oyununu 7 xalla başa vurduğu və Azərbaycanın 2 cüdoçusu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazandığı üçün.

İlin yerli futbolçusu

Kamran Ağayev (Bakı "İnter"i / Portuqaliyanın "Boavişta" klubu və Azərbaycan millisi) - Qapıçı kimi klubunda və yığmada rəqiblərin bir çox təhlükəli hücumunun qarşısını aldığı üçün;

Maksim Medvedev ("Qarabağ" və Azərbaycan millisi) - Klubunun və Azərbaycan millisinin heyətindəki sabit çıxışına görə, eləcə də Azərbaycan Premyer Liqası və ölkə kubokunu, eləcə də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasında rolu və seçmə tsikldə Norveç üzərində qələbə topunun müəllifi olduğu üçün;

Rəşad Sadıqov ("Qarabağ" və Azərbaycan millisi) - Kapitan kimi klubunun Azərbaycan Premyer Liqası və ölkə kubokunda, eləcə də Avropa Liqasında qrup mərhələsinədək irəliləməsində xüsusi roluna görə;

Rövşən Hüseynli (futzal üzrə "Araz Naxçıvan klubu" və Azərbaycan millisi) - Qapıçı kimi etibarlı çıxışı ilə klubunun heyətində elit-raunda, yığma ilə ilk dəfə qatıldıqları dünya çempionatında 1/4 finalınadək irəliləyə bildikləri üçün;

Ruslan Qurbanov ("Neftçi" / "Qəbələ" klubu və Azərbaycan millisi) - "Neftçi"də Azərbaycan Premyer Liqasının yerli futbolçular arasında bombardiri olduğu, hər iki klubun heyətində Avropa Liqasında qol vurduğu və Azərbaycan millisinin San-Marino ilə səfər oyununda qələbə topunun müəllifi olduğu üçün.

İlin komandası (Futbol)

Futbol üzrə Azərbaycan milli komandası - tarixində ilk dəfə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində ili 4 oyundan 7 xalla başa vurduğu üçün;

Futzal üzrə Azərbaycan milli komandası - İlk dəfə iştirak etdiyi dünya çempionatında 1/4 finaladək irəlilədiyi üçün;

"Kəpəz" - Azərbaycan Premyer Liqasına qayıtdıqdan sonra ilk mövsümdəcə Avropa Liqasına vəsiqə qazanaraq, tarixində ilk dəfə mərhələ adladığı üçün;

"Qarabağ" - Azərbaycan Premyer Liqası və ölkə kubokunun qalibi olduğu, Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində 7 xal qazandığı üçün;

"Qəbələ" - ardıcıl ikinci mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün.

İlin baş məşqçisi (Futbol komandaları üzrə)

Qurban Qurbanov ("Qarabağ") - Klubuna ardıcıl üçüncü mövsüm Azərbaycan Premyer Liqasının qızıl medallarını, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırdığı, ilk dəfə "qızıl dubl" etdiyi və Avroliqanın qrupunda 7 xal topladığı üçün;

Robert Prosineçki (Azərbaycan millisi) - Komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində ilk dəfə 4 oyundan 7 xal topladığı, Azərbaycan yığmasını FİFA reytinqində 90-cı pilləyə yüksəltdiyi üçün;

Roman Qriqorçuk ("Qəbələ) - Klubuna ardıcıl ikinci mövsüm Azərbaycan Premyer Liqasının bürünc medallarını və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırdığı üçün;

Şahin Diniyev ("Kəpəz") - Azərbaycan Premyer Liqasına qayıtdığı ilk mövsümdəcə klubuna Avropa Liqasına vəsiqə qazandırdığı və tarixdə ilk dəfə avrokuboklarda bir mərhələ keçdiyi üçün;

Yaşar Vahabzadə (U-21 Azərbaycan yığması) - Tarixdə ilk dəfə 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsini 6 komanda arasında 9 xalla 4-cü pillədə başa vurduğu üçün;

İlin mətbuat katibi (Futbol üzrə)

Anar Hacıyev - "Qəbələ"
Aslan Şahgəldiyev - PFL
Azad Mustafayev - "Kəpəz"
Cəmilə Sultanova - Bakı Olimpiya Stadionu
Mikayıl Nərimanoğlu - AFFA
Nurlan İbrahimov - "Qarabağ"
Səbuhi Məmmədov - "İnter"

Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Loading Bars
Xəbər lenti
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Abşeronda "Volkswagen" yanıb
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Fransada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötüb
Londonda polis 150-dən çox nümayişçini saxlayıb
Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində (FOTO)
Koronavirusa yoluxan Astara sakinləri evi tərk edibər, istintaq aparılır (FOTO)
Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İranda 391 nəfər koronavirusdan ölüb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
AQTA yanında İctimai Şuraya üzvlər seçilib (FOTO)
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
Hikmət Hacıyev və diplomatik nümayəndələr Ağdama gəlib
Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - DİN
Koronavirus diaqnozu qoyulan Füzuli sakini küçədə saxlanıldı
Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? (FOTO)
Yaşayış yerini qanunsuz tərk edən COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi yerli muzeyə təhvil verilib - Hikmət Hacıyev (VİDEO)
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Sumqayıt şəhər polis idarəsinin rəisinin Gəncəyə təyinatı ilə bağlı məlumat yalandır - DİN
Rusiyada daha 510 nəfər koronavirusdan öldü
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir - Ərdoğan
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.
Bugünədək sahələrdən 6240 ton tütün yığılıb
Ağsu icra başçısı dəfn olundu
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb (FOTO)
Hikmət Hacıyev və diplomatik nümayəndələr Tərtərdədir (FOTO)
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi (FOTO/VİDEO)
Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
ABŞ-da edam üsullarının sayı artırılıb
Kəlbəcər rayonunun İstisu qəsəbəsi (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay
Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq - Erməni əsgərindən etiraf
Böyük Qələbəyə bir neçə saat qalmış şəhid olan qəhrəmanımız (FOTO)
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır (ÖZƏL)
BŞBPİ-də bu vəzifə ləğv edildi
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Bağlanmış bankların əmanətçilərinə 600 milyon manata yaxın kompensasiya ödənilib
Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Ceyhan terminalından 190 milyon bareldən çox AÇQ nefti nəql edilib
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VIDEO)
Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb (FOTO)
Bütün xəbərlər