...

Azərbaycanlı gimnast Dünya Kubokunda qadınlar arasında bürünc medal qazandı

İdman Materials 19 Mart 2017 14:10 (UTC +04:00)
Azərbaycanlı gimnast Marina Nekrasova idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə bürünc medal qazanıb.
Azərbaycanlı gimnast Dünya Kubokunda qadınlar arasında bürünc medal qazandı

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanlı gimnast Marina Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə bürünc medal qazanıb.

Trend-in məlumatına görə, M.Nekrasova finalda 12.833 xal yığaraq ən yaxın rəqibi yunan gimnastı İoanna Suloqini 0,2 xal qabaqlayıb.

Bu növdə qızıl medalı 13.433 xalla rumıniyalı gimnast Katalina Ponor, gümüş medalı 13.400 xalla avstraliyalı gimnast Emili Littl qazanıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının ikinci günü başlayıb.

Bu gün kişilər arasında dayaqla tullanmada, gimnastika atı üzərində və turnik üzərində hərəkətlərdə, qadınlar arasında isə tir üzərində və sərbəst hərəkətlərdə final keçirilir.

Azərbaycanı bu gün qadınlar arasında tir üzərində və sərbəst hərəkətlərdə Marina Nekrasova, təmsil edir.

Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılır.

Xəbər lenti

Xəbər lenti