...

Rusiyalı gimnast Bakıda Dünya Kubokunda qızıl medal qazanıb

İdman Materials 30 Aprel 2017 12:51 (UTC +04:00)
Rusiyalı idmançı Arina Averina Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanıb.
Rusiyalı gimnast Bakıda Dünya Kubokunda qızıl medal qazanıb

Bakı. Masim Tsurkov - Trend:

Rusiyalı idmançı Arina Averina Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanıb.

Trend-in məlumatına görə, o, finalda halqa ilə hərəkətlərin yekunu üzrə 18.800 bal yığıb.

Gümüş medal da rusiyalılara qismət olub - Aleksandra Soldatova 18.450 bal nəticə göstərib. Üçüncü yerin sahibi isə Belarus gimnast Alina Qornosko olub - 17.650 bal.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Azərbaycanı qrup hərəkətləri komandasının tərkibində Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti