Bakı. Trend:
Venesuela çempionatında "Deportivo Lara" və "Ansoateqi" komandalarının oyununda maraqlı epizod yaşanıb.
Trend-in məlumatına görə, Venesuela Futbol Federasiyası matçlarda ölkəni bürüyən siyasi etirazların qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılmasına icazə verməyib. Lakin futbolçular hakimin start fitindən sonra təqribən bir dəqiqə hərəkətsiz qalıblar.