...

Bakı-2017: Türkiyə futbolçuları yenə məğlub oldular (FOTO)

İdman Materials 11 May 2017 12:25 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının qrup mərhələsinin oyunları davam edir.
Bakı-2017: Türkiyə futbolçuları yenə məğlub oldular (FOTO)

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının qrup mərhələsinin oyunları davam edir.

Trend-in məlumatına görə, II turda B qrupunda yer alan Oman və Türkiyə komandaları qarşılaşıblar. Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyun Oman futbolçularının qələbəsi ilə başa çatıb - 3:2.

Beləliklə, Türkiyə yığması növbəti mərhələyə vəsiqəni əldən verib.

Xatırladaq ki, birinci turda Oman Fələstinlə 2:2 hesablı bərabərə qalmış, Türkiyə yığması isə Əlcəzairə 1:2 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti