...

Bakı-2017: Azərbaycanın qadın atıcısı ikinci oldu (YENİLƏNİB)

İdman Materials 15 May 2017 18:03 (UTC +04:00)
Azərbaycan atıcısı Nurlana Cəfərova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında dairəvi stend yarışının finala vəsiqə qazanıb.
Bakı-2017: Azərbaycanın qadın atıcısı ikinci oldu (YENİLƏNİB)

İlk xəbər saat 16:00-da yayılıb

Bakı. Trend:

Azərbaycan atıcısı Nurlana Cəfərova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının dairəvi stend yarışında gümüş medal qazanıb.

Trend-in məlumatına görə, idmançımız finalda 42 xal toplayıb.

45 xallı Türkiyə təmsilçisi Nurbanu Özpak birinci, digər türkiyəli İzel Aydın isə 35 xalla üçüncü yeri tutub.

X X X

16:00

Azərbaycan atıcısı Nurlana Cəfərova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında dairəvi stend yarışının finala vəsiqə qazanıb.

Trend-in məlumatına görə, N.Cəfərova 71 xalla həlledici mərhələyə yüksəlib.

Digər təmsilçilərimiz - Regina Meftahətdinova və Püstəxanım Məlikova təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti