...

Bürünc medalçı Elnarə Abbasova: Hədəfim gələcək yarışlarda qızıl medaldır

İdman Materials 16 May 2017 16:10 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunları Bakıda yüksək səviyyədə təşkil edilib.
Bürünc medalçı Elnarə Abbasova: Hədəfim gələcək yarışlarda qızıl medaldır

Bakı. Samir Əli - Trend:

IV İslam Həmrəyliyi Oyunları Bakıda yüksək səviyyədə təşkil edilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ağırlıq qaldırma üzrə qadınlar arasında bürünc medal qazanmış Elnarə Abbasova deyib.

Onun sözlərinə görə, yarışlara qızıl medal qazanmaq üçün qatılıb: "Hədəfim qızıl medal idi. Lakin bunu qazana bilmədim. Hər halda medalsız qalmamağım da məni sevindirir. Hər şeyə görə federasiya rəhbərliyinə, məşqçilərimə və anama təşəkkür edirəm. Hədəfim gələcək yarışlarda qızıl medala sahib olmaqdır".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti