...

Daha bir güləşçimiz finala yüksəldi

İdman Materials 20 May 2017 12:16 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçimiz finala yüksəlib.
Daha bir güləşçimiz finala yüksəldi

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçimiz finala yüksəlib.

Trend-in məlumatına görə, idmançımız Murtuzəli Müslümovun yarımfinal mərhələsindəki rəqibi qırğızıstanlı Ruslan Saybakasov olub.

Güləşçimiz rəqibə göz açmağa imkan verməyib - 14:3.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti