...

"Zirə"dən uğurlu debüt (VİDEO)

İdman Materials 29 İyun 2017 22:50 (UTC +04:00)
"Zirə" Dalğa Arenada Lüksemburqun "Differdanj" klubunu qəbul edib.
"Zirə"dən uğurlu debüt (VİDEO)

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində "Zirə" Dalğa Arenada Lüksemburqun "Differdanj" klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyuna daha fəal başlayan zirəlilər 22-ci dəqiqədə hesabı açıblar - Riçard Qadze fərqlənib.

80-ci dəqiqədə Kervins Belford fərqi artırıb. Bu, matçda sonuncu qol olub.

Beləliklə, tarixində ilk dəfə avroliqada çıxış edən "Zirə" turnirə qələbə ilə başlayıb - 2:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti