...

PwC-nin marşallar komandası Formula 1-də iştirak edib (FOTO)

İdman Materials 30 İyun 2017 18:26 (UTC +04:00)
PwC Azərbaycan şirkətinin marşallar komandası Azərbaycan Qran-Prisində iştirak edib.
PwC-nin marşallar komandası Formula 1-də iştirak edib (FOTO)

Bakı. Trend:

23-25 iyun tarixlərində PwC Azərbaycan şirkətinin marşallar komandası Formula 1 Azərbaycan Qran Prisində iştirak edib. Keçən il olduğu kimi komanda məşhur və ən intensiv trek olan 1-ci Sektora / Döngə 1-ə görə məsuliyyət daşıyıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, komandada Baş Müşahidəçi qismində şirkətin İnsan Resursları Departamentinin Rəhbəri Rəna Rzayeva və yarışdan əvvəl avtomobillərin texniki yoxlaması üzrə mütəxəssis qismində - İnformasiya Texnologiyaları Departamentinin Rəhbəri Namiq Həcıyev iştirak ediblər.

Vahid bir komanda olmaq üçün PwC-nin dörd ölkədən 30 marşaldan ibarət marşalları təlimlər keçib və son üç ay ərzində hər həftə sonu birgə çalışıb. Bu bizim komanda ruhumuzu və Şirkətin məqsədlərində əks etdirilən dəyərləri gözəl nümayiş etdirib.

Sektorun Baş Marşalı PwC Azərbaycan-ın İnsan Resursları Departamentinin köməkçi meneceri İnara Namaliyeva olub və ona baş marşalın iki köməkçi – Zaur Məşədiməmmədov və Trevor Xoqan dəstək göstərib.

"Bizim üçün dünyanın ən böyük idman tədbirlərindən birinin hissəsi olmaq çox həyəcanlandırıcı macəra idi. Sektor 1-ə başçılıq etmək mənim və həmkarlarım üçün yeni təcrübə qazanmaq və liderlikdə, motivasiyada, komanda quruluşunda böyük bir fürsət idi. Bu, yalnız müxtəlif sahələrdə mütəxəssis sahəsində deyil, həm də iddialı və ruh yüksəkliyi ilə güclü şəxsiyyətlər və əsl mənasında komanda ruhu və performansı olan komanda ilə mümkün idi. Bu başqa fantastik bir təcrübə idi və biz həmişə "Birlikdə edə bilərik" şüarını qoruyacağıq "- deyə İnara qeyd edib.

Yarış zamanı komanda bir daha böyük güc, çevik hərəkət etmək və ən kritik vəziyyətlərdə qərar qəbul etmək qabiliyyəti nümayiş etdirib. Komanda Sektor 1 boyu 6 post tutub və yarış zamanı iki maşını trekdən uzaqlaşdırıblar. Onlardan biri F1-in gənc pilotu Maks Ferstapenə (RedBull komandası) məxsus olub.

2017-ci ilin Formula 1 üzrə Azərbaycan Qran Prisində komanda tərəfindən nümayiş etdirilmiş fəaliyyət və enerji müstəsna olub və yerli və beynəlxalq F1 menecmenti tərəfindən təqdirə layiq görülüb.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz buna strategiyadan icrayadək vergi, hüquq, audit və məsləhət xidmətləri sahəsində müştərilərimizi maraqlandıran məsələlərin həllinə yönəldilmiş xidmətlər göstərməklə nail oluruq. PwC Azərbaycanda 6 ölkədən 140-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

PwC təşkilatlara və fiziki şəxslərə qarşıya qoyulmuş məqsədlərinə nail olmaqda köməklik göstərir. PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 223,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələlər haqqında daha ətraflı məlumat üçün: www.pwc.com/az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti