...

7 idmançımız atıcılıq üzrə Avropa çempionatında mübarizəyə qoşulub (FOTO)

İdman Materials 28 İyul 2017 11:37 (UTC +04:00)
Bu gün Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə qrup yarışlarına start verilib.
7 idmançımız atıcılıq üzrə Avropa çempionatında mübarizəyə qoşulub (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə qrup yarışlarına start verilib.

Trend-in məlumatına görə, mötəbər yarışın səkkizinci günündə daha 7 idmançımız mübarizəyə qoşulub.

Çempionatda 10 metr məsafədəki hədəfə tüfənglə atəş açma yarışında Nəzrin Salamzadə, tapança ilə atəş açmada isə Leyla Mirzəzadə hədəfi dəqiq nişan almağa çalışacaqlar.

Zərifə Kazımova isə 25 metr məsafəyə tapança ilə atəş açma yarışında Azərbaycanı təmsil edir.

Daha bir maraqlı mübarizə isə qrup oyunlarında gözlənilir. Əli Hüseynli, Aydan Camalova, Tamer Məmmədov, Şəfəq Əmrahova stend atıcılığı üzrə komanda yarışında mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti