...

Qurban Qurbanov: Bizi çətin 90 dəqiqə gözləyir

İdman Materials 15 Avqust 2017 23:22 (UTC +04:00)
Bizi çətin 90 dəqiqə gözləyir.
Qurban Qurbanov: Bizi çətin 90 dəqiqə gözləyir

Bakı. Trend:

Bizi çətin 90 dəqiqə gözləyir.

Trend-in məlumatına görə, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda "Kopenhagen"ə qarşı keçirdikləri oyundan sonra deyib.

Baş məşqçi bildirib ki, bu gün futbolçuları və azarkeşlər alqışalayiq idilər:

"Tam nəticəyə oynayan komanda və yaxşı azarkeşlərimiz var idi. Oyundan öncə də bildirmişdim ki, "Kopenhagen"ə qarşı oynamaq çətin olacaq və belə də oldu. Bir neçə şansımız olsa da, istifdə edə bilmədik. Düşünürəm ki, bu qələbə son nəticə deyil. Çünki "Kopenhagen" öz meydanında mükəmməl futbol oynayır. Bizi çətin 90 dəqiqə gözləyir. Çalışacağıq ki, səfərdən başıyuxarı dönək".

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" Danimarkanın "Kopenhagen" klubunu 1:0 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti