...

Bakıda bədii gimnastika üzrə START İK-nın "Payız ulduzları" kuboku və açıq birinciliyi başlayıb (FOTO)

İdman Materials 14 Oktyabr 2017 12:26 (UTC +04:00)
Bu gün Bakı Olimpiya Kompleksində bədii gimnastika üzrə START idman klubunun "Payız ulduzları" kuboku və açıq birinciliyi başlayıb.
Bakıda bədii gimnastika üzrə START İK-nın "Payız ulduzları" kuboku və açıq birinciliyi başlayıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakı Olimpiya Kompleksində bədii gimnastika üzrə START idman klubunun (İK) "Payız ulduzları" kuboku və açıq birinciliyi başlayıb.

Trend-in məlumatına görə, yarışlarda müxtəlif yaş kateqoriyalarında 2003-2012-ci il təvəllüdlü, Bakı və Azərbaycanın digər bölgələrini təmsil edən gimnastlar iştirak edir.

Bakılı gimnastlar və bölgə gimnastları arasında qaliblər ayrı-ayrılıqda təltif olunacaq.

Komanda hesabında birinci yer tutmuş qruplar da kuboklarla mükafatlandırılacaq.

Yarışlarda ümumilikdə 130 gimnast və 17 qrup iştirak edir.

Xəbər lenti

Xəbər lenti