...

"Qarabağ" Topaz Premyer Liqasında liderliyi qoruyub saxladı

İdman Materials 26 Noyabr 2017 19:55 (UTC +04:00)
Bu gün Topaz Premyer Liqasının 13-cü turun son oyunları keçirilib.
"Qarabağ" Topaz Premyer Liqasında liderliyi qoruyub saxladı

Bakı. Trend:

Bu gün Topaz Premyer Liqasının 13-cü turun son oyunları keçirilib.

Trend-in məlumatına görə, "Sumqayıt" futbolçuları "Səbail" komandası ilə qarşılaşıb. Oyun 0-0 hesablı heç-heçə ilə başa çatıb. 13 turdan sonra "Sumqayıt"ın aktivində 17, "Səbail"in isə 13 xalı var.

Turun sonuncu oyunu çərçivəsində "Qarabağ" "Zirə"nin qonağı olub. Hesab qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə "Qarabağ" komandası 31 xalla turnir cədvəlində liderliyi qoruyub saxlayıb. "Zirə" 27 xalla 3-dür.

Xatırladaq ki, "Qarabağ" futbolçuların ehtiyyatda bir oyunu var.

Qollar: Riçard Almeyda, 21 (0:1), Dino Ndlovu, 26 (0:2), Vüsal İsgəndərli, 51 (1:2), Mahir Mədətov, 62 (1:3), Riçard Qadze, 67 (2:3)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti