...

Premyer Liqada iki rekord

İdman Materials 27 Noyabr 2017 16:33
Azərbaycan Premyer Liqasında yeni məhsuldarlıq rekordları qeydə alınıb.
Premyer Liqada iki rekord

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında yeni məhsuldarlıq rekordları qeydə alınıb.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, XIII turda qapılara 16 qol vurulub ki, bu da cari mövsümün ən yüksək göstəricisidir. Həftəsonu baş tutan qarşılaşmalarda orta hesabla 4,00 top qeydə alınıb. “Kəpəz” - “Qəbələ” matçında (1:6) yeddi, “Zirə” - “Qarabağ” görüşündə (2:3) beş, “Neftçi” - “Keşlə” oyununda (3:1) dörd qol vurulub. Yalnız “Sumqayıt”la “Səbail” arasında qarşılaşmada tamaşaçılar qol görməyib.

Bunadək rekord 13 qolun vurulduğu I və XII turlara aid idi. Həmin turlarda orta məhsuldarlıq 3,25 olub. Bu rəqəmin 4,00 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsümün XXVII turunda yaşanıb. Nəticəsi ləğv olunan qarşılaşma hesaba alınmasa, 7 ay əvvəlki turun 3 görüşündə 13 qol vurulmuşdu. Yəni məhsuldarlıq 4,33-ə bərabər idi.

Arxada qalan turun “Kəpəz” - “Qəbələ” oyununda 7 topun vurulması da mövsümün rekordudur. Bunadək cari mövsümdə bir oyunda 5-dən artıq qol qeydə alınmamışdı. 7 və ya daha çox qol vurulan son matç ötən mövsümün XXVII turunun “Qəbələ” – “İnter” görüşü olub. Meydan sahibləri 215 gün əvvəl - aprelin 24-də keçirilən qarşılaşmada 4:3 hesabı ilə qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti