...

Rusiyanın bütün dağ xizəkçiləri Olimpiadanın ilkin siyahısına salınıb

İdman Materials 23 Yanvar 2018 16:58 (UTC +04:00)
Qış Olimpiya Oyunlarına qatılmaqda iddialı olan Rusiyanın bütün dağ xizəkçiləri ilkin olaraq iştirakçı siyahısına düşüblər.
Rusiyanın bütün dağ xizəkçiləri Olimpiadanın ilkin siyahısına salınıb

Bakı. Trend:

Cənubi Koreyanın Pxönçhan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına qatılmaqda iddialı olan Rusiyanın bütün dağ xizəkçiləri ilkin olaraq iştirakçı siyahısına düşüblər.

Trend-in məlumatına görə, Rusiya Dağ-Xizək İdmanı və Snoubord Federasiyasının prezidenti Leonid Melnikov bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) həmin idmançılara, o cümlədən Dünya Kubokunun qalibi Aleksandr Xoroşilova dəvətnamə verməyə hazırdır.

Qeyd edək ki, bundan əvvəl Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti Stanislav Pozdnyakov BOK-un bir sıra rusiyalı idmançıların, o cümlədən biatlon üzrə Olimpiya çempionu Anton Şipulin, xizəkçi Sergey Ustyuqov və şort-trek üzrə 6 qat Olimpiya çempionu Viktor Anın Olimpiadaya buraxılmaması barədə qərar qəbul etdiyini bildirmişdi.

Xatırladaq ki, Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti