...

Mövsümdə ikinci dəfə

İdman Materials 5 Mart 2018 14:31 (UTC +04:00)
Premyer Liqanın XVIII turu bütün komandaların qol vurması ilə diqqət çəkib.
Mövsümdə ikinci dəfə

Bakı. Trend:

Premyer Liqanın XVIII turu bütün komandaların qol vurması ilə diqqət çəkib.

Trend PFL-ə istinadən məlumat verir ki, “Sumqayıt” - “Qarabağ” oyununda komandalar hərəyə 1 qol vurubsa, “Neftçi” “Qəbələ”ni, “Keşlə” - “Zirə”ni, “Kəpəz” “Səbail”i eyni – 2:1 hesabı ilə məğlub edib. Bütün komandaların qol sevinci yaşamasına mövsümdə 2-ci dəfə təsadüf olunur.

Belə hal I turda yaşanmışdı. Maraqlıdır ki, onda da üç qarşılaşmada 2:1 hesabı qeydə alınıb. “Qəbələ”nin “İnter”i, “Zirə”nin “Səbail”i, “Sumqayıt”ın “Kəpəz”i eyni hesabla udduğu turun digər qarşılaşmasında “Qarabağ” “Neftçi”ni yenib – 3:1. Həmin turda 13, hesabat turunda isə 11 qol qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti