...

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iki növdə qaliblər məlum olub

İdman Materials 17 Mart 2018 15:26 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda final mərhələsinin ilk günü yekunlaşıb.
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iki növdə qaliblər məlum olub

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda final mərhələsinin ilk günü yekunlaşıb.

Trend-in məlumatına görə, kişi idmançıların halqalarla hərəkətlər üzrə yarışında Yunanıstan gimnastı Elefterios Petrunias 15.333 balla qalib olub. Türkiyə təmsilçisi İbrahim Çolak 2-ci (15.100), çinli Sinyu Lyan isə 3-cü (14.866) olub.

Qadınların müxtəlif hündürlüklü qollarda mübarizəsində isə Çin idmançısı Sziaqi Lyu hamıdan yaxşı çıxış edib - 14.833 bal. Digər çinli Huan Luo gümüş (14.433), ukraynalı Yana Fedorova isə bürünc medala (13.033) sahib olub.

Azərbaycan təmsilçiləri Mariya Smirnova və Marina Nekrasova isə müvafiq olaraq 7 və 8-ci yerləri tutublar.

Qeyd edək ki, Bakıda 3-cü ildir ki, təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti