...

Məmmədyarov İddiaçılar Turnirinin 13-cü turunda Aleksandr Qrişukla görüşəcək

İdman Materials 24 Mart 2018 23:09 (UTC +04:00)
Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 12-ci turu keçirilib.
Məmmədyarov İddiaçılar Turnirinin 13-cü turunda Aleksandr Qrişukla görüşəcək

Bakı. Trend:

Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 12-ci turu keçirilib.

Trend-in məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda Çin təmsilçisi Liren Dinq ilə görüşüb. Oyun çinli şahmatçının qələbəsi ilə yekunlaşıb. Bu Məmmədyarovun turnir çərçivəsində ilk məğlubiyyəti olub.

Bu görüşdən sonra hesabında iki qələbə, doqquz heç-heçə və bir məğlubiyyət olan Azərbaycan şahmatçısının aktivində 6,5 xal var.

Növbəti turda, martı 26-sı Məmmədyarovun rəqibi Aleksandr Qrişuk (Rusiya) olacaq.

Turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir. Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti