...

Rauf Əliyev "Qəbələ"də

İdman Materials 28 Mart 2018 16:23 (UTC +04:00)
"Qəbələ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rauf Əliyev "Qəbələ"də

Bakı. Trend:

"Qəbələ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Trend klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” Rauf Əliyevlə müqavilə imzalayıb. 29 yaşlı hücumçu 2019-cu ilin yayına qədər komandanın şərəfini qoruyacaq.

Son klubu Albaniya təmsilçisi “Kukesi” olan R.Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014-2015), “Neftçi” (2015) və “İnter” (2015-2017) klublarının da formasını geyinib.

Rauf 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti