Bakı. Trend:
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.
Trend-in məlumatına görə, bu mərhələdə “Arsenal” (İngiltərə), “Atletiko” (İspaniya), “Marsel” (Fransa) və “Zalsburq” (Avstriya) klubları mübarizə aparacaqlar.
Püşkatmanın nəticəsi:
"Marsel" - "Zalsburq"
"Arsenal" - "Atletiko"
Qeyd edək ki, yarımfinalın ilk oyunları aprelin 26-sı, cavab görüşləri isə mayın 3-də keçiriləcək.