...

Portuqaliya idmançısı: Bakı azarkeşləri öz dəstəkləri ilə gimnastları daha yaxşı çıxış etməyə həvəsləndirir

İdman Materials 14 Aprel 2018 19:07 (UTC +04:00)
Bakı azarkeşləri öz dəstəkləri ilə gimnastları daha yaxşı çıxış etməyə həvəsləndirir.
Portuqaliya idmançısı: Bakı azarkeşləri öz dəstəkləri ilə gimnastları daha yaxşı çıxış etməyə həvəsləndirir

Bakı. Maksim Tsurkov - Trend:

Bakı azarkeşləri öz dəstəkləri ilə gimnastları daha yaxşı çıxış etməyə həvəsləndirir.

Bunu Trend-ə portuqaliyalı idmançı Joana Abrantes deyib.

O qeyd edib: "Zalda ab-hava möhtəşəmdir, azarkeşlər bizi çox yaxşı dəstəkləyir ki, bu da bizi daha yaxşı çıxış etməyə həvəsləndirir".

Portuqaliyalı gimnast bildirib ki, Bakıda çıxış etmək ona çox mühüm təcrübə bəxş etdi:

"Azərbaycan Gimnastika Federasiyasına çempionatı belə yüksək səviyyədə təşkil etdiyinə görə minnətdaram. Biz hətta yarışların belə yüksək səviyyədə təşkil olunacağını gözləmirdik. Hər şey sadəcə əladır".

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü günü davam edir.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti