...

Rusiyalı gimnast: Öz medalımı məşqçimə və anama həsr edirəm

İdman Materials 16 Aprel 2018 03:38 (UTC +04:00)
Öz medalımı məşqçimə və anama həsr edirəm
Rusiyalı gimnast: Öz medalımı məşqçimə və anama həsr edirəm

Trend-i buradan izləyin

Bakı. Cani Babayeva - Trend:

Öz medalımı məşqçimə və anama həsr edirəm.

Bu barədə Trend-ə ikili mini-batut üzrə Avropa Çempionatının gümüş medalçısı Rusiyalı gimnast Timofey Lazutin bildirib.

T.Lazutin deyib: "Bakıda Çempionatın təşkilatı çox xoşuma gəldi. Burada rahatdır və idmançılar üçün bütün şərait yaradılıb. İştirak etdiyim bütün büynəlxalq yarışlar arasında Azərbaycanda keçirilən Çempionat daha çox xoşuma gəldi".

Onun sözlərinə görə, bu onun Bakıya ilk səfəridir: "Bütün vaxtım məşqlərə gedib və şəhərə hələ tam baxmamışam. Əgər vaxt olsa, mütləq şəhəri gəzəcəm".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan Avropa Çempionatında həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Xəbər lenti

Xəbər lenti