...

Azərbaycan gimnastı "AGF Junior Trophy"də halqayla hərəkətlərdə bürünc medal qazanıb (FOTO)

İdman Materials 24 Aprel 2018 13:04 (UTC +04:00)
Azərbaycan gimnastı Dərya Fərşbafşəhriyari gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə halqalarla hərəkətlərdə bürünc medal qazanıb
Azərbaycan gimnastı "AGF Junior Trophy"də halqayla hərəkətlərdə bürünc medal qazanıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan gimnastı Dərya Fərşbafşəhriyari gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə halqayla hərəkətlərdə bürünc medal qazanıb.

Trend-in məlumatına görə, idmançı 15,600 xal toplayıb.

Bu növdə qızıl medalı Rusiya təmsilçisi Lapa Kramarenko (17,750 xal), gümüş medalı Belarus gimnastı Anna Kamenşikova (16,000 xal) qazanıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirin fərdi yarışlarına start verilib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışırlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayırlar. Bu gün ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Turnirdə 18 ölkənin təmsilçiləri iştirak edir.

Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti