...

"Renault" komandasının texniki direktoru: Bakı trası maraqlıdır

İdman Materials 25 Aprel 2018 11:51 (UTC +04:00)
Bakı trası maraqlıdır, bu Qran-Pri təqvimə nisbətən yaxın vaxtlara salınıb.
"Renault" komandasının texniki direktoru: Bakı trası maraqlıdır

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı trası maraqlıdır, Formula 1 Azərbaycan Qran-Prisi təqvimə nisbətən yaxın vaxtlara salınıb.

Trend-in məlumatına görə, bunu "Renault" komandasının texniki direktoru Nik Çester deyib.

O deyib: "İçərişəhər ərazisindən keçən dolanbac seksiya xüsusilə diqqətəlayiqdir, çünki konsentrasiya itirilsə, baryerə çırpılmaq olar. Buna görə də həm pilotu, həm də texniki ciddi sınaq gözləyir. Trasda ortasürətli və sürətli dönüşlər, habelə çox uzun düz yol var. Tras qarşımıza mürəkkəb vəzifə qoyur, çünki orta seksiya üçün lazım olan sıxma qüvvəsi səviyyəsindən istifadə edə bilmərik və məhz bu düz yola görə sıxmanı xeyli azaltmalı oluruq. Bu isə kompromisli həll yoludur. Sıxma qüvvəsinin səviyyəsi istədiyimizdən aşağı olduğuna görə rezinin gərəkli iş diapazonuna qədər qızmasına nail olmaq çətindir. Həm maksimum sürət əldə edilməli, həm də dövrənin qət edilməsi vaxtı lazımi səviyyədə olmalıdır. Bu iki şərtə əməl etmək heç də asan deyil".

N.Çester həmçinin qeyd edib ki, komandalar Bakı trasında maşının hərəkətinə təsir göstərən güclü küləyə uyğunlaşmalıdır:

"Küləyin təsiri həqiqətən hiss olunur, çünki maşınlar ümumiyyətlə bu növ təsirlərə çox həssasdır. Bütün aerodinamika elementləri yetərincə dar diapazonda işləmək üçün nəzərdə tutulub. Külək maşını şaquli ox ətrafında döndərəndə, bu elementlər öz səmərəsini itirir. Külək yandan əsəndə həmin ox ətrafında dönmə bucağı artır, hava axınının strukturu dağılır və nəticədə sıxma qüvvəsi kəskin azalır. Səmt küləyi də çətinlik yarada bilər, o da sıxmanı azaldır. Bu həftəsonunda biz küləyin təsirinin və trasda temperatur dəyişikliklərinin öhdəsindən gəlmək üçün sazlama işlərini sahmana salacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti