...

Tamaşaçı Bakıda keçirilən Dünya Kubokunun təşkili haqqında: Biz məmnunuq

İdman Materials 28 Aprel 2018 18:43 (UTC +04:00)
Azərbaycanda idmana böyük diqqət ayrılır, müxtəlif idman tədbirləri – turnirlər, çempionatlar, birinciliklər keçirilir və onlar yüksək səviyyədə təşkil olunur
Tamaşaçı Bakıda keçirilən Dünya Kubokunun təşkili haqqında: Biz məmnunuq

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanda idmana böyük diqqət ayrılır, müxtəlif idman tədbirləri – turnirlər, çempionatlar, birinciliklər keçirilir və onlar yüksək səviyyədə təşkil olunur.

Bunu Trend-ə bədii gimnastika üzrə Dünya Kubokunun tamaşaçısı Rəfiqə Mövsümova deyib.

Bakıda davam edən yarışdan danışan R.Mövsümova bildirib ki, Dünya Kuboku çox yaxşı təşkil olunub: “Tamaşaçıların rahatlığı üçünhər cür şərait yaradılıb, biz çox məmnunuq”.

O, həmçinin Azərbaycan gimnastlarına uğurlar arzulayıb:

“Biz Azərbaycan komandasına azarkeşlik edirəm və idmana yaxın olan biri kimi bilirəm ki, qələbə üçün çox işləmək, məşq etmək lazımdır”.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib.

Turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Xəbər lenti

Xəbər lenti