...

Sloveniyalı qimnast: Azərbaycan Gimnastika Federasiyası gimnastika yarışlarını əla təşkil edir

İdman Materials 28 Aprel 2018 21:56 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası gimnastika yarışlarını əla təşkil edir
Sloveniyalı qimnast: Azərbaycan Gimnastika Federasiyası gimnastika yarışlarını əla təşkil edir

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycan Gimnastika Federasiyası gimnastika yarışlarını əla təşkil edir. Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının iştirakçısı sloveniyalı idmançı İza Zorets deyib.

O qeyd edib ki, ilk dəfədir ki, Bakıdadır və yarışların təşkilinə heyran qalıb: "Hər şey cədvələ uyğun aparılır, yarışların bütün məqamları təşkialtçılar tərəfindən əla təşkil olunub, hər şey yaxşıdır”.

İdmançı Bakıda Milli Gimnastika Arenasında gimnastlar üçün hər bir şəraitin yaradıldığını xüsusi vurğulayıb.

Sloveniyalı gimnast bildirib: "Arena çox gözəldir. Bu yarışlar mənim çox xoşuma gəlir. Maskotlar da çox əyləncəlidir, yaxşı ideyadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti