...

"Real Madrid" ardıcıl 3-cü dəfə Çempionlar Liqasının finalında (VİDEO)

İdman Materials 2 May 2018 00:55 (UTC +04:00)
İspaniyanın "Real Madrid" klubu UEFA Çempionlar Liqasının yarımfinalı çərçivəsində Almaniyanın "Bavariya" klubunu qəbul edib.
"Real Madrid" ardıcıl 3-cü dəfə Çempionlar Liqasının finalında (VİDEO)

Bakı. Trend:

İspaniyanın "Real Madrid" klubu UEFA Çempionlar Liqasının yarımfinalı çərçivəsində Almaniyanın "Bavariya" klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyunda 4 qol vurulsa da, qalib müəyyənləşməyib - 2:2. Ev sahibinin heyyətində qolları Kərim Benzema (11-ci və 46-cı dəqiqələr), qonaqların heyyətində isə Yozua Kimmix (3-cü dəqiqə) və Xames Rodriges (62-cü dəqiqə) vurublar.

Beləliklə "Real Madrid" ardıcıl 3-cü dəfə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Aprelin 25-i Münhendə keçirilənn ilk oyunda "Real Madrid" 1:2 hesablı qələbə qazanmışdı.

Finalda Madrid təmsilçiləri İtlaiyanın "Roma" və ya İngiltərənin "Liverpul" klubu ilə qarşılaşacaqlar. Bu cütlüyün Liverpulda keçən ilk oyunu şəhərlilərin 5:2 qələbəsi ilə yekunlaşıb. Cavab oyunu mayın 2-si baş tutacaq.

Xəbər lenti

Xəbər lenti