Bakı. Trend:
Rusiyanın Kalininqrad şəhərinin mərkəzi arenasında keçirilən qarşılaşmada Xorvatiya yığması Nigeriya komandasını 2:0 hesabı ilə məğlub edib.
İlki qolu oyunun 32-ci dəqiqəsində Oghenekaro Etebo öz qapısına vurub. 71-ci dəqiqədə isə Xorvatiya yığmasının kapitanı Luka Modriç penalti zərbəsiylə komandasının üstünlüyünü iki topa çatdırıb.
Xatırladaq ki, həmin qrupun digər qarşılaşmasında Argentina və İslandiya yığmalarının oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.
İlk turdan sonra Xorvatiya 3 xalla qrupa başçılıq edir. Argentina və İslandiya yığmaları hesabında 1 xal ikinci və üçüncü yerləri bölüşdürülər. Nigeriya isə 0 xalla sonuncudur.