...

"Neftçi"nin baş məşqçisi: "Bizi güclü komanda ilə çətin oyun gözləyir"

İdman Materials 19 İyul 2018 12:11 (UTC +04:00)
"Bizi güclü komanda ilə çətin oyun gözləyir".
"Neftçi"nin baş məşqçisi: "Bizi güclü komanda ilə çətin oyun gözləyir"

Bakı. Trend:

"Bizi güclü komanda ilə çətin oyun gözləyir".

Trend-in məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə keçiriləcək səfər oyunu ərəfəsində deyib.

"Uypeşt” – "Neftçi” oyunu iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da "Ferents Susa” stadionunda keçiriləcək.

İtalyan mütəxəssis Bakıdakı kimi, burada da asan olmayacağını qeyd edib: "Matça 3:1 hesabı ilə öndə başlayacağıq, amma bizi güclü komanda ilə çətin oyun gözləyir. Bakı ilə müqayisədə burada hava normaldır və bu, hər iki komanda üçün daha yaxşı oynamağa şərait yaranacaq".

R.Bordin rəqibin var gücünü ortaya qoyacağını bildirib: "Buna hazır olmalıyıq. İlk oyunda buraxdığımız qol bizə yaxşı mənada təsir etdi və effektli nəticə göstərdik. Ümid edirəm, uğurlu nəticəni təkrarlayacağıq”.

Futbolçu Emin Mahmudov isə ağır oyun olacağını deyib: "Çünki rəqib fiziki baxımdan güclüdür. Biz öz oyunumuzu göstərib uğurlu nəticə qazanmağa çalışacağıq. Matça tam köklənmişik".

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda "Neftçi" 3:1 hesabı ilə inamlı qələbə qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti