Bakı. Trend:
Avqustun 31-də Monakoda UEFA Avropa Liqası turnirinin cari mövsümünün qrup mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.
Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin püşkatma mərasimində Azərbaycanı təmsil edən səfirlərdən biri futbol veteranı Vəli Qasımov olacaq.