...

İngiltərə Premyer Liqasında 4-cü tura yekun vurulub

İdman Materials 3 Sentyabr 2018 04:50 (UTC +04:00)
Sentyabrın 2-də İngiltərə Premyer Liqasının dördüncü turuna yekun vurulub.
İngiltərə Premyer Liqasında 4-cü tura yekun vurulub

Bakı. Tural Turan - Trend:

Sentyabrın 2-də İngiltərə Premyer Liqasının dördüncü turuna yekun vurulub.

Trend-in məlumatına görə, turun ən gözlənilməz hesabı “Vikarac Road” stadionunda qeydə alınıb. Meydan sahibi “Uotford” çempionatın favoritlərindən hesab olunan “Tottenhem” klubunu 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. London təmsilçisi hesabda öndə olsa da, sonradan qapısında iki qol görərək məğlub olub. “Uotford”un heyətində Troy Deeney və Kraiq Kartçart fərqləniblər. Meydan sahiblərinin digər futbolçusu Dukure isə avtoqola imza atıb.

Turun digər qarşılaşmasında “Mançester Yunayted” səfərdə “Börnli” klubunun qonağı olub. Matç Joze Mourinyonun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hər iki qolun müəllifi belçikalı hücumçu Romelu Lukaku olub.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Lester Siti” - ”Liverpul” - 1:2

“Brayton” – “Fulhem” - 2:2

“Çelsi” – “Bormunt” - 2:0

“Kristal Palas” – “Sauthempton” - 0:2

“Everton” – “Haddersfild” - 1:1

“Vest Hem” – “Vulverhempton” - 0:1

“Kardiff Siti” – “Arsenal” - 2:3

“Mançester Siti” – “Nyukasl” - 2:1.

Hazırda turnir cədvəlinə hesabında 12 xal olan “Liverpul”, “Çelsi” və “Uotford” klubları başçılıq edirlər. Aktivində 10 xal olan “Mançester Siti” dördüncu, 9 xala malik “Tottenhem” isə beşinci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti