...

Güləşçilərimiz Minskdə xatirə turnirində iştirak edəcək

İdman Materials 3 Sentyabr 2018 12:04 (UTC +04:00)
Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığmamız sentyabrın 2-dən Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb.
Güləşçilərimiz Minskdə xatirə turnirində iştirak edəcək

Bakı. Trend:

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığmamız sentyabrın 2-dən Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sentyabrın 15-dək davam edəcək hazırlıq prosesində baş məşqçi Şaban Donat, məşqçilər Rövşən Bayramov, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında 20 güləşçi iştirak edir.

Qeyd edək ki, toplanış başa çatdıqdan sonra millimiz Belarusa yollanacaq. Komandamız sentyabrın 17-dən 19-dək Minskdə keçiriləcək Oleq Karavayevin xatirə turnirində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti