Bakı. Rauf Quliyev - Trend:
Macarıstanda yerli futbol çempionatı çərçivəsində keçirilən oyun zamanı futbolçu meydanın komandasına aid olan hissəsindən rəqib qapısına qol vurub.
Trend-in məlumatına görə, söhbət “Puşkaş Akademiyası” və “Ferentsvaroş” komandaları arasında keçirilən oyun zamanı vurulan qoldan gedir.
Qonaq komanda “Puşkaş Akademiyası”nın futbolçusu Yanuş Heqedüş oyunun 20-ci dəqiqəsində meydanın komandasına aid olan hissəsindən cərimə zərbəsini yerinə yetirərkən gözəl qola imza atıb.
Beləliklə, turnirin lideri “Ferentsvaroş” məğlub olaraq bu mövsümün ilk məğlubiyətini yaşayıb.